Çexiya Almaniyadan 14 ədəd “Leopard” 2A4 tipli tank almağa razılaşıb

2024/12/1733380185.jpg
Oxunub: 324     13:29     05 Dekabr 2024    
Çexiya Almaniyanın silah istehsalçısı “Rheinmetall” ilə 14 ədəd “Leopard” 2A4 tipli tank almaq üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Çexiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada təxminən 160 milyon avroya “Rheinmetall”dan 14 “Leopard” tankının sifariş edildiyi açıqlanıb.

Açıqlamada qeyd olunub ki, alman şirkəti ilə imzalanan müqaviləyə əsasən, 2A4 tipli “Leopard” tanklarının 2026-cı ilin sonuna qədər Çexiyaya təhvil verilməsi planlaşdırılır.

Açıqlamada razılaşmanın nazirliyin arsenalının modernləşdirilməsi və ordunun əməliyyat qabiliyyətinin artırılması istiqamətində atdığı addımların bir hissəsi olduğu və Çexiyanın Ukraynada müharibə başlayandan bəri çoxlu müxtəlif tipli “Leopard” tanklarını inventarına əlavə etdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Almaniya  


Bizi "telegram"da izləyin