Tramp 2020-ci il seçkilərinə müdaxilə iddiasının rədd edilməsini istəyib

2024/12/34730-1733376456.jpg
Oxunub: 348     08:34     05 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş lideri Donald Trampın vəkili Stiv Sedou Corciya apellyasiya məhkəməsində müttəhimin toxunulmazlığını əsas gətirərək 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı işin rədd edilməsi barədə vəsatət qaldırıb.

Ordu.az xəbər verir ki, 5 noyabr 2024-cü ildə Donald Tramp yenidən prezident seçilib və 20 yanvar 2025-ci ildə ABŞ-nin 47-ci prezidenti kimi inauqurasiya mərasimi keçiriləcək.

Odur ki, prezident həm federal, həm də ştat səviyyəsində hər hansı ittihamdan və təqibdən tamamilə qorunur.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Corciya ştatının münsiflər heyəti Trampa, bəzi vəkillərinə, köməkçilərinə, kampaniya heyətinə və Respublikaçılar Partiyasının yerli rəsmilərinə qarşı 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı ittihamlar irəli sürüblər. İttihamnamədə Trampın cinayətkar qruplaşmanın tərkibində 2020-ci il prezident seçkilərinin nəticələrinə yenidən baxılması üçün səy göstərdiyi iddia edilir.

Prokurorluğun məlumatına görə, bu qrup Corciyada, eləcə də digər ştatlarda - Arizona, Miçiqan, Nyu-Meksiko, Viskonsin və Kolumbiya dairəsində fəaliyyət göstərib.

Yeni prezidentin vəkilləri ittiham aktının ləğv edilməsini və münsiflər heyətinin hökmünün ləğv edilməsini tələb edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Seçki  


Bizi "telegram"da izləyin