Milyarder NASA-nın rəhbəri olacaq

2024/12/1733375557.jpg
Oxunub: 309     09:19     05 Dekabr 2024    
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kosmosa səyahət edən milyarder Cared Ayzekmanı NASA-nın rəhbəri təyin edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, Cared Ayzekman “Polaris” özəl kosmik proqramının təsisçisidir.

2024-cü il sentyabrın 10-dan 15-dək kosmosa mülki heyətlə ilk fərdi insan uçuşunu həyata keçirən “SpaceX Inspiration 4” heyətinin komandiri və sponsorudur.

Eyni zamanda o, ilk dəfə mülki şəxs olaraq kosmik gəmidən kənara çıxıb. Bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NASA  


Bizi "telegram"da izləyin