Britaniyalı nazir: “Böyük müharibə 6 ay ərzində ordumuzu məhv edəcək”

2024/12/1733374827.jpg
Oxunub: 419     00:34     05 Dekabr 2024    
Böyük Britaniya hökumətindən bir nazir xəbərdarlıq edib ki, nizami Britaniya ordusu Ukraynadakı münaqişə miqyasında müharibəyə məcbur edilərsə, 6 ay ərzində məhv edilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Alister Karns bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan itki nisbətinə bənzər bir itki 6-12 ay ərzində ordunun tükənməsinə səbəb olacaq.

Karns qeyd edib ki, bu, böyük miqyaslı müharibə ilə mübarizə aparmaq üçün ehtiyatların olmasının vacibliyini göstərir.

Rəsmi məlumatlara görə, Britaniya ordusunda oktyabrın 1-nə 109 245 nəfər şəxsi heyət var, onlardan 25 814 nəfəri könüllü ehtiyatdır.

Özü də ehtiyatda olan hərbi qulluqçu olan Kral Dəniz Piyadaları Korpusunun keçmiş polkovniki Karns vurğulayıb ki, Rusiya hər gün təxminən 1500 hərbi qulluqçusunu ölü və ya yaralı olaraq itirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ordu   Xaos  


Bizi "telegram"da izləyin