Yaxın Şərq uğrunda yekun savaşa hazırlıq gedir?

2024/12/1733320586.jpg
Oxunub: 338     10:54     05 Dekabr 2024    
Türkiyə mətbuatı Britaniya mənbələrinə istinad edərək, Rusiyanın Tartusdan uzaqlaşmaqda olduğunu yazır. Söhbət Suriyadakı hərbi dəniz bazasından gedir, burada Rusiyanın 1 sualtı qayığı və 4 freqatı var. Rusiya donanmasının Baltik dənizinə doğru hərəkət edəcəyi güman edilir.

Bu informasiya ən azından arzulananın reallıq kimi təqdim olunduğu dərəcədə diqqətəlayiqdir. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli bildirib: “Biz İraq və Suriyanın coğrafiyasını yaxşı bilirik. Bəşər Əsəd etiraf etməlidir ki, indiki vəziyyətdə sağ qalmaq çətindir. Ümid edirik ki, Suriyada sabitlik tezliklə bərqərar olacaq. Türkiyə ilə ilkin şərtsiz dialoq ilk növbədə Əsəd və ölkəsinin xeyrinə olacaq”.

O, parlamentdə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının koalisiya ortağıdır və faktiki olaraq rəsmi Ankaranın xarici işlər naziri Hakan Fidanın ötən gün iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlardan sonra diplomatik təbəssümlə səsləndirdiyi fikrini səsləndirir. Bu görüşə paralel olaraq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, Əsəd rejiminə müharibə elan edən qruplar qanunsuz qruplaşma kimi təsnif edilsə də, Vaşinqton onların Dəməşqə doğru hərəkət etməsinə mane olmayacaq.

Türkiyə əslində ABŞ-nin Əsədi devirmək planını qəbul etmir və ya indiki mərhələdə Dəməşqə hücumu məqsədəuyğun hesab etmir. Görünür, Ərdoğan ABŞ-nin tələ qurmasından ehtiyat edir. İsrail KİV-lərinin Suriyada vəziyyətin gərginləşməsinə son dərəcə ehtiyatla yanaşması diqqət çəkir. KİV-lərdən biri qeyd edib ki, İsrailin Suriya ilə şimal sərhədində son bir neçə ildə sakitlik hökm sürüb.

Görünür, Yerusəlimdə inam yoxdur ki, Əsəd rejiminin devrilməsi halında Suriyada radikal qüvvələr hakimiyyətə gəlməyəcək və yəhudi dövləti düşmən elan edilməyəcək. Noyabrın 27-də hökumət qüvvələrinə müharibə elan edən qüvvələrin əsasını “Heyət Təhrir əş-Şam” qruplaşması təşkil edir. Bu qruplaşma bölgədə tarazlıqları dəyişə biləcək şəkildə güclüdür və Türkiyəyə qarşı loyallığı ilə tanınır.

Hazırda İraq və Suriyanın Türkiyə ilə Ankaranın şərtləri əsasında dostluq və əməkdaşlıq müqaviləsi imzalaması kifayətdir. “İsraildə hələlik Suriya hadisələrini diqqətlə izləyirlər, lakin hələ müdaxilə etmirlər”, - deyə İsrail KİV-i yazır. Lakin “hələ müdaxilə etmirlər” “müdaxilə etməyəcəklər” demək deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin