Tramp Pentaqon üçün Heqsetin yerinə DeSantisi gətirməyi düşünür

2024/12/1733300366.jpg
Oxunub: 572     12:11     04 Dekabr 2024    
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonun rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyü Pit Heqsetin namizədliyini geri götürməyi və onun yerinə Florida ştatının qubernatoru Ron DeSantisin namizədliyini irəli sürməyi düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti müzakirələrlə tanış olan şəxslərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Heqsetin namizədliyi şəxsi və peşəkar həyatı ilə bağlı iddialar səbəbilə Konqresdə problemlə üzləşib.

Nəşrin məlumatına görə, Trampın müttəfiqləri getdikcə daha çox inanırlar ki, Heqset əlavə yoxlamadan qaça bilməyəcək.

Müharibə veteranı və “Fox News”un keçmiş aparıcısı Heqsetin bu vəzifəyə təyin olunması üçün Senatdakı respublikaçıların dəstəyinə ehtiyacı var.

Trampın keçid ofisi və DeSantisin ofisi şərh tələblərinə dərhal cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Florida   Pentaqon  


Bizi "telegram"da izləyin