ABŞ-dən Çinə qarşı yeni addım: Yaponiyadakı bazasına F-35A yerləşdirəcək

2024/12/1733298777.jpg
Oxunub: 293     11:12     07 Dekabr 2024    
Çinin Hind-Sakit Okean bölgəsində artan təsirinə cavab olaraq, ABŞ yaxın gələcəkdə F-35A-ları Yaponiyanın şimalında yerləşdirəcək.

Ordu.az xəbər verir ki, ABŞ ordusunun 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində yeni nəsil F-35A döyüş təyyarələrini Yaponiyaya yerləşdirəcəyi bildirilir.

“Kyodo” agentliyinin dövlət mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ ordusu F-35A döyüş təyyarələrini Yaponiyanın “Misawa” aviabazasına yerləşdirəcək.

Hərbi təyyarələrin yerləşdirilməsi çərçivəsində aviabazada anqarlar da daxil olmaqla, yardımçı obyektlər də yenilənəcək.

ABŞ Müdafiə Nazirliyi iyul ayında “Misawa” aviabazasında istismardan çıxması planlaşdırılan 36 ədəd F-16 döyüş təyyarəsini 48 ədəd F-35A-nın əvəzləyəcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin