Ordu.az xəbər verir ki, xüsusiyyətləri açıqlanmayan yeni kamikadze PUA-sı elektrik mühərriki, operatorla ünsiyyət üçün antenalar və sabit video sensoru ilə təchiz edilib.
Hərbi ekspertlərin fikrincə, PUA çox güman ki, Rusiya istehsalı “Lancet” və ya Polşa istehsalı “Warmate 3.0”ın bazası əsasında hazırlanıb və bununla birlikdə, sadəcə kiçik, möhkəm quraşdırılmış kameranın olması optik naviqasiya imkanlarının məhdud olduğunu göstərir.
Yenə də hərbi ekspertlərin fikrincə, fiziki ölçüləri PUA-nın ən azı bir neçə kiloqram ağırlığında döyüş başlığı daşıya biləcəyini göstərir.
Almaniyanın PUA istehsalçısı “Quantum-Systems” 2024-cü ildə “Vector” insansız sistemlərini istehsal etmək üçün Ukraynada bir müəssisə qurub. Yeni PUA-nın da bu fabrikdə istehsal olunduğu düşünülür.
Sevinc Əliyeva
Ordu.az