Medvedev: Makron zəifdir, hakimiyyətdən getməlidir

2024/12/1733298135.jpg
Oxunub: 348     11:21     04 Dekabr 2024    
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronu hökumət böhranının öhdəsindən gələ bilməyən və prezident postundan getməli olan zəif adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı siyasətçi “Teleqram” kanalında yazıb.

“Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilməyib və getməlidir. Zəifdir. ABŞ dəstəkləyir. Gələcək taleyi məlum deyil”, - Medvedev bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Makron  


Bizi "telegram"da izləyin