Argentina Hərbi Dəniz Qüvvələrinin inventarını gücləndirmək üçün Fransa ilə razılığa gəlib

2024/12/2024--1733294690.jpg
Oxunub: 417     16:56     05 Dekabr 2024    
Argentina Hərbi Dəniz Qüvvələrinin inventarını gücləndirmək üçün Fransa ilə razılığa gəlib.

Ordu.az xəbər verir ki, Argentina Fransa ilə 2 milyard dollar dəyərində 3 ədəd “Scorpene” sinfinə məxsus sualtı qayıq və 278 milyon avro dəyərində 4 ədəd dəniz patrul gəmisi almaq üçün müqavilə imzalayıb.

Sözügedən razılaşma Argentina prezidenti Xavyer Mileinin Buenos-Ayresdə Fransa prezidenti Emmanuel Makronu qarşılaması çərçivəsində bağlanıb.

Məlumata görə, Argentinanın müdafiə naziri Petri Fransa ilə danışıqları və “Naval Group” şirkəti ilə görüşləri təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Argentina  


Bizi "telegram"da izləyin