Ordu.az xəbər verir ki, SIPRI 2023-cü il üçün dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin məlumatlarını dərc edib.
Açıqlanan hesabata görə, siyahıda Türkiyədən 3 müdafiə sənayesi şirkəti yer alıb. Bu çərçivədə Türkiyədən ASELSAN, “Baykar” və TUSAŞ 100 ən böyük şirkət arasında yer alıb.

Bundan əlavə, hesabata görə, müdafiə sektorundakı 100 ən böyük şirkətin 2023-cü ildə silah və hərbi xidmət satışları əvvəlki ilə nisbətən 4,2 faiz artaraq, 632 milyard dollara çatıb.
Beləliklə, ötənilki artım tədarük zəncirinin pozulması və artan xərclər səbəbindən 2022-ci ildə silah satışlarının 3,5 faiz azalmasından sonra baş verib.
Hesabatda silah gəlirlərində artımın bütün bölgələrdə müşahidə edildiyi, Ukrayna və Qəzzada gedən müharibələr və Asiyada gərginlik səbəbindən bu bölgələrdə daha çox hiss olunduğu qeyd edilir.
Sevinc Əliyeva
Ordu.az