Ordu.az xəbər verir ki, müxalif qüvvələrin bölgədə irəliləyişi davam etdirdiyi üçün Rusiyanın Suriyadakı strateji bazasında yerləşən donanma varlığının boşaldıldığı iddia edilir.
Bildirilir ki, Suriyada müxalif qüvvələrin sürətlə irəliləməsi ilə yanaşı cəbhə xəttində sürətli dəyişiklik də Tartusdakı Rusiya hərbi-dəniz bazasını riskə atıb.
Bu çərçivədə, “Naval News”un məlumatına görə, Rusiyanın bölgədən döyüş gəmilərini çıxara biləcəyinə dair işarələr var.
Digər tərəfdən, cəbhə xətti yaxınlaşdıqca Rusiyanın artıq ehtiyat tədbirləri gördüyü bildirilir.
“H. I. Suttons”un verdiyi məlumata görə, hazırda Rusiyanın Tartusda 5 hərbi gəmisi və 1 sualtı qayığı var.
Bunlar 2 ədəd “Gorskhov” sinfinə məxsus freqatdan, 1 ədəd “Grigorovich” sinfinə məxsus freqatdan, 2 ədəd köməkçi gəmidən və 1 ədəd modernləşdirilmiş “Kilo” sinfinə məxsus sualtı qayıqdan ibarətdir.
Sevinc Əliyeva
Ordu.az