Andrey Sibiqa: "Ukraynaya daha 20 ədəd yeni HHM sistemi lazımdır"

2024/09/1726039474.jpg
Oxunub: 483     18:20     03 Dekabr 2024    
Ukraynanın təcili olaraq ən azı 20 ədəd “Hawks”, “NASAMS” və ya “IRIS-T” tipli sistemə ehtiyacı var.

Ordu.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində deyib.

"Biz artıq tərəfdaşlarımızı mühüm ehtiyaclar barədə məlumatlandırmışıq. Söhbət əlavə olaraq ən azı 20 ədəd “Hawk”, “NASAMS” və ya “IRIS-T” tipli sistemin təcili tədarükündən gedir. Bu, bizə blekautdan qaçmağa kömək edəcək", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Ukrayna  


Bizi "telegram"da izləyin