Bayden Ukraynaya 63 milyon dolların ayrılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb

2024/05/1716626937.jpg
Oxunub: 432     17:51     03 Dekabr 2024    
ABŞ Prezidenti Cozef Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 63 milyon dollara yaxın məbləğdə əlavə yardımın ayrılmasının məqsədəuyğunluğunu müəyyən etməyi tapşırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

"Mən dövlət katibinə Ukraynaya 63 milyon dollara yaxın məbləğdə yardımın göstərilməsinin ABŞ-nin təhlükəsizlik maraqları üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyətini verirəm", - bəyanatda qeyd olunub.

Lakin məhz hansı dəstəkdən söhbət getdiyi dəqiqləşdirilmir.

Daha əvvəl “Politico” qəzeti bildirmişdi ki, Co Baydenin administrasiyası Konqresin Kiyevə ayırdığı 6 milyard dolları Ukraynaya yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə kimi mümkün qədər tez göndərməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Ukrayna  


Bizi "telegram"da izləyin