Almaniya və Norveç birgə sualtı qayıq texniki qulluq mərkəzi yaradırlar

2024/12/1733214811.jpg
Oxunub: 396     12:02     04 Dekabr 2024    
Almaniya və Norveç Norveçin Bergen şəhərində birgə sualtı qayıq texniki qulluq mərkəzi yaradırlar.

Ordu.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və norveçli həmkarı Byorn Arild Qram tərəfindən təməli Bergendə qoyulan yeni texniki qulluq və təmir mərkəzi ilə iki ölkənin dəniz qüvvələri arasında əməkdaşlıq artırılacaq.

Pistorius burada etdiyi çıxışında Almaniya Hərbi Dəniz Qüvvələri üçün daha 4 yeni sualtı qayığın alınmasının vacib olduğunu düşündüyünü və Bundestaq Büdcə Komissiyasının layihəni təsdiqləyəcəyinə ümid etdiyini bildirib.

“Bizə sualtı qayıqlar lazımdır, çünki dənizdəki təhlükə vəziyyəti bunu tamamilə zəruri edir. Rusiya donanması Şimal dənizində, Şimali Atlantika və Baltik dənizində son dərəcə fəaldır və açıq-aşkar təhlükə yaradır”, - deyə Pistorius vurğulayıb.

Qeyd edək ki, Almaniya və Norveç 2021-ci ildə ümumilikdə 6 sualtı qayığın tədarükü üçün “Thyssen Krupp Marine Systems” ilə birgə müqavilə imzalayıb. Layihə “U212 CD” adı altında həyata keçirilir və hər iki ölkənin sualtı qayıqları üçün ümumi dizayn yaratmaq məqsədi daşıyır.

Yeni sualtı qayıqların uzunluğu təxminən 72 metr olacaq və hər birində 30 nəfərlik ekipaj yerləşə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Norveç  


Bizi "telegram"da izləyin