Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb

2024/12/1733214086.jpg
Oxunub: 410     11:56     03 Dekabr 2024    
Hizbullah Bağdadı müxalifətçilərin hücumuna qarşı hökumətə dəstək vermək üçün Suriyaya qoşun göndərməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.

Hizbullah sözçüsü qruplaşmanın hələ öz döyüşçülərini Suriyaya göndərməyə qərar vermədiyini, lakin İraqı hərəkətə keçməyə çağırdığın bildirib.

"Biz hesab edirik ki, İraq hökuməti Suriya hökuməti ilə koordinasiyalı şəkildə hərbi qüvvələr göndərmək təşəbbüsü ilə çıxış etməlidir, çünki müxalifətçilər İraqın milli təhlükəsizliyi və regionu üçün təhlükə yaradır", - sözçü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İraq   Suriya  


Bizi "telegram"da izləyin