ABŞ HHQ yeni tanker təyyarələri alır

2024/12/2024--1733206232.jpg
Oxunub: 370     16:57     07 Dekabr 2024    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 15 ədəd KC-46A “Pegasus” tanker təyyarəsi almaq üçün “Boeing” ilə 2,4 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, yeni müqavilə tanker təyyarələrinin 11-ci partiyasının istehsalını əhatə edir və bununla da “Boeing”in dünya üzrə müqavilə bağladığı KC-46 tanker təyyarələrinin sayını 168-ə çatdırır.

2019-cu ildən bəri “Boeing” ABŞ HHQ-yə 89 ədəd KC-46, həmçinin Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə 4 ədəd tədarük həyata keçirib. İsrail isə “Boeing”dən 4 ədəd KC-46 alacaq və tədarüklər 2025-ci ildə başlayacaq.

Vaşinqtondakı “Boeing” fabrikində istehsal olunacaq 15 ədəd KC-46-nın çatdırılmasının 2028-ci ilin iyun ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Pentaqonun məlumatına görə, HHQ 13 partiyada ümumilikdə 179 ədəd KC-46 almaq istəyir, lakin KC-135-lər istismardan çıxdığı müddətdə HHQ müvəqqəti həll yolu kimi daha çox tanker təyyarəsi ala bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin