Fransanın yeni nəsil “Centaure” zirehli vasitələri Yeni Kaledoniyanın tropik iqlim şəraitində xarab olub

2024/12/1733205960.jpg
Oxunub: 368     14:14     04 Dekabr 2024    
Təkmil dizaynlarına baxmayaraq, Fransanın yeni nəsil “Centaure” zirehli vasitələri Yeni Kaledoniyanın tropik iqlim şəraitində nasazlıq yaşayıb və istifadə edilməyib.

Ordu.az xəbər verir ki, 14,5 ton ağırlığında və vahid qiyməti 500 min avro olan bu vasitələrin temperatur və rütubət səbəbindən elektron sistemlərində ciddi problemlər yaşandığı bildirilib.

Fransa Jandarması tərəfindən mayın 13-də Yeni Kaledoniyaya göndərilən 16 ədəd “Centaure” taktiki təkərli zirehli vasitəsi iqlim şəraitinə tab gətirə bilməyib.

Yeni Kaledoniyanın tropik iqliminə uyğun gəlməyən vasitələr bir-bir xarab olmağa başlayıb.

Həddindən artıq istilərin və yüksək rütubətin vasitələrin elektron sistemlərini sıradan çıxardığı müəyyən edilib, mütəxəssislər bu cür vasitələrin lazımi mühafizə üçün kondisionerlə təchiz olunmuş anqarlarda saxlanmasının vacibliyini bildirirlər.

Bununla belə, bölgədəki kondisionerli anqarların yalnız helikopterlər üçün istifadə edildiyi qeyd edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Centaure  


Bizi "telegram"da izləyin