Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan sənəd müasir Rusiyada müdafiə ayırmalarının görünməmiş artımına diqqət çəkir.
2025-ci ildə “Milli müdafiə” kateqoriyası üzrə xərclərin 130 milyard dollar, başqa sözlə, Rusiya ÜDM-nin 6,31%-ni, ölkənin ümumi xərclərinin isə 41%-ni təşkil edəcəyi gözlənilir.
Bu rəqəm 2024-cü ildəki 10,4 trilyon rublla müqayisədə təxminən 25% artım deməkdir. Növbəti illər üçün nəzərdə tutulan hərbi xərclər bir qədər aşağıdır: 2026-cı ildə 12,8 trilyon rubl və 2027-ci ildə 13,1 trilyon rubl.
Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan etmişdi ki, yeni büdcə 2024-cü illə müqayisədə gizli maddələrlə təhlükəsizlik qurumlarının maliyyələşdirilməsini artırıb. Bütün xərclərin təxminən üçdə biri açıqlanmır.
Noyabrın 21-də Dövlət Duması “2025-ci il üçün federal büdcə və 2026-2027-ci illər üçün planlaşdırma dövrü” qanununu qəbul edib və sonradan büdcə noyabrın 27-də Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənib.
Sevinc Əliyeva
Ordu.az