Ordu.az xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında yazıb.
“Qoy bu mesaj onun təsdiqi olsun ki, girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr və mən qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başlasam, insanlara qarşı Yaxın Şərqdə bu vəhşilikləri törədənlərin hamısı amansızcasına hesab verəcəklər.”, - deyə o bildirib.
Tramp onu da qeyd edib ki, girovların saxlanmasına görə məsuliyyət daşıyanlar ABŞ tarixində hamıdan çox zərər görəcəklər.
Ordu.az