Stoltenberq: "Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür"

2024/06/1719292120.jpg
Oxunub: 396     17:47     02 Dekabr 2024    
“Regionda münaqişəyə son qoyulması üçün Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür”.

Ordu.az-ın məlumatına görə, bunu Almaniyanın “table.media” internet resursuna müsahibəsində NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq deyib.

O əlavə edib ki, Rusiyanın nəzarət etdiyi əraziləri yaxın müddətdə azad edəcəyi real görünmür.

Y.Stoltenberqin sözlərinə görə, atəşkəsin əldə olunmasından sonra Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı olacaq:

“Bu isə yalnız rəsmi Kiyevin nəzarət etdiyi ərazi hüdudları daxilində mümkündür. Əgər atəşkəsdən sonra da Rusiya həmin əraziləri nəzarətində saxlasa, bu o deməkdir ki, Ukrayna həmin torpaqlardan imtina etməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Ukrayna  


Bizi "telegram"da izləyin