Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub

2024/06/4a438-1719235425.jpg
Oxunub: 488     15:18     02 Dekabr 2024    
Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dağıstan   Terror  


Bizi "telegram"da izləyin