Ordu.az xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov “Reuters” agentliyinə bildirib.
"Düşünürəm ki, gələn il hədəfi özü müəyyən edən dronların faizi əhəmiyyətli dərəcədə artacaq. Kütləvi miqyasda olmasa da, "dron sürüsü"nün ilk real tətbiqlərini görə bilərik. İlk addımlar atılacaq", - o vurğulayıb.
Nazirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri PUA-lara pilotların iştirakı olmadan hədəfləri vurmağa imkan verən onlarla süni intellekt sistemindən istifadə edir.
Ordu.az