Polşa xüsusi xidmət orqanının keçmiş rəhbəri saxlanılıb

2024/12/1733131626.jpg
Oxunub: 377     13:16     02 Dekabr 2024    
Varşava polis komendantlığının əməkdaşları Polşanın Daxili Təhlükəsizlik Agentliyinin (DTА) keçmiş rəhbəri Petro Poqonovskini saxlayıblar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

DTА-nın sabiq rəhbərinin saxlanılması Seymə (parlamentin aşağı palatasına) məcburi gətirilmə məqsədi daşıyıb. P.Poqonovski burada İsrail casus proqram təminatından istifadəni araşdıran Seym komissiyasına ifadə verməlidir.

Əvvəllər Poqonovski dəfələrlə komissiyanı qanuni hesab etmədiyini bildirərək Seymə gəlməkdən imtina edib. Noyabrın 21-də ona son xəbərdarlıq edilib, lakin o buna da məhəl qoymayıb.

P.Poqonovski 2016-2020-ci illərdə DTА-ya rəhbərlik edib, bundan əvvəl bu xüsusi xidmət orqanının müvəqqəti rəhbəri vəzifəsində çalışıb və Mərkəzi Antikorrupsiya Bürosunda işləyib.

"Hüquq və Ədalət" partiyasının formalaşdırdığı əvvəlki hökumət dövründə xüsusi xidmət orqanları tərəfindən “Pegasus” casus proqram təminatından istifadə edilməsi ehtimalını araşdıran Seym komissiyası bu ilin fevralında Baş nazir Donald Tuskun qərarı ilə yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   DTА  


Bizi "telegram"da izləyin