Rusiyanın müdafiə xərcləri rekord həddə çatıb

2024/12/1733130346.jpg
Oxunub: 398     15:30     05 Dekabr 2024    
Gələn il Moskvanın hərbi və təhlükəsizlik qüvvələrinə xərcləri səhiyyə, təhsil və sosial siyasətə etdiyi xərcləri üstələyəcək.

Ordu.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yeni büdcə planlarını təsdiqləyərək, 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə çatdırıb.

Bazar günü hökumətin saytında dərc olunan büdcənin təxminən 32,5%-i builki 28,3%-ə qarşı 137 milyard avrodan çox məbləğdə milli müdafiəyə ayrılıb.

Rusiya parlamentinin iki palatası olan Dövlət Dumasının və Federasiya Şurasının deputatları son 10 gündə planları təsdiqləyiblər.

Qeyd edək ki, Rusiyanın Ukrayna ilə 2022-ci ilin fevralında başlayan müharibəsi İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişədir və hər iki tərəfin resurslarını tükəndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin  


Bizi "telegram"da izləyin