Selçuk Bayraktar açıqladı! “Bayraktar Kalkan” PUA-sından daha bir uğur

2024/12/1733128704.jpg
Oxunub: 416     14:37     02 Dekabr 2024    
Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “Baykar” tərəfindən hazırlanan Şaquli Eniş və Qalxma qabiliyyətinə malik Pilotsuz Uçuş Aparatı (PUA) “Kalkan”ın 14-cü sistem identifikasiya sınağını müvəffəqiyyətlə tamamladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, uğurlu sınağı sosial media hesabından açıqlayan Bayraktar paylaşımına uçuş anının görüntülərini yerləşdirib.

Milli texnologiya həmləsi çərçivəsində xarici asılılığı böyük ölçüdə azaldan və PUA-lar arasında əldə etdiyi müvəffəqiyyətlə adından söz etdirən “Baykar” aşkarlama və kəşfiyyat missiyaları üçün fəaliyyət göstərəcək “Kalkan” PUA-sını istehsal edib.

Aşkarlama və kəşfiyyat missiyaları üçün fəaliyyətlər həyata keçirə biləcək “Bayraktar Kalkan” PUA-sı VTOL PT-6 14-cü sistem identifikasiya sınağını uğurla başa vurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Kalkan   PUA  


Bizi "telegram"da izləyin