Ordu.az xəbər verir ki, Türkiyə Britaniya Kral HHQ-yə məxsus və 2022-ci ilin iyun ayından etibarən Kembricdə saxlanılan 15 ədəd “Super Hercules” nəqliyyat təyyarəsindən 12-ni satın alır.

Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyinin son aylarda Britaniyanın satışa çıxardığı ikinci əl C-130J təyyarələrinin tədarükü üçün danışıqlar apardığı və əlavə olaraq “Airbus”dan A400M nəqliyyat təyyarələrinin alınmasının da masada olduğu bildirilib.
Britaniya Kral HHQ-nin inventarında “Hercules” C4 və “Hercules” C5 modelləri olan təyyarələr arasında Türkiyə HHQ-nin xüsusilə C4 adı ilə tanınan “uzadılmış gövdə” C-130J-30 modelinə üstünlük verəcəyi düşünülür.
Türkiyənin 13 ədəd C-130E və 6 ədəd C-130B modeli olmaqla, 19 təyyarəlik C-130 nəqliyyat təyyarəsi parkı var.
Sevinc Əliyeva
Ordu.az