Ordu.az xəbər verir ki, Fransa 1000 km-dən çox mənzilə sahib ordu taktiki raket sisteminin yaradılması layihəsi üzərində işləyir.
Fransa Milli Assambleyasının müdafiə komitəsinin məruzəçisi, Şer deputatı Fransua Kormier-Buliqon açıqlama verərək bildirib: “Ukraynadakı münaqişə və İranın İsrailə son hücumları bizə quru əsaslı ballistik raketlərin uzun mənzilli zərbə imkanlarının düşmənlərimiz üçün strateji silah olduğunu xatırladır”.
Buliqon raketin hazırlanması üçün Fransa Silahlı Qüvvələri Komandanlığı ilə Silahlanma Baş İdarəsi arasında danışıqlar aparıldığını da deyib.
Bu raketin 1000 kilometr və ya daha çox mənzilə sahib quru əsaslı raket olacağı gözlənilir. Raket, həmçinin uçuşun son mərhələsində hədəfə doğru aktiv manevr edə biləcək.
Sevinc Əliyeva
Ordu.az