2025-ci ildə Ukrayna müttəfiqlərindən nə qədər yardım alacaq? (HESABAT)

2024/12/1733127581.jpg
Oxunub: 546     14:48     06 Dekabr 2024    
Ukraynanın müdafiə naziri Rüstəm Umerov müttəfiqlərinin 2025-ci ildə Ukraynaya hərbi yardımla bağlı öhdəliklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Umerov bəyan edib ki, Ukrayna hökuməti tərəfindən bu ilin payızında keçirilən çoxsaylı görüşlər və danışıqlar nəticəsində qarşıdakı il üçün Müdafiə Qüvvələrinə dəstək məqsədilə 12,6 milyard avro, 10,7 milyard dollar və 3 milyard funt-sterlinq yığılıb.

Nazir açıqlamasında yardım edəcək ölkələrin siyahısını açıqlayıb və ümumi yardımın 28 milyard dolları keçəcəyini bildirib.

Siyahı aşağıdakı kimidir:

Baltikyanı ölkələr: Litva, Latviya və Estoniya Ukraynaya dəstək üçün ÜDM-in 0,25%-ni ayıracaq,

Böyük Britaniya: 2031-ci ilə qədər hər il 3 milyard funt-sterlinq,

Danimarka: “Danimarka modeli 2.0” çərçivəsində birgə layihələr və investisiyalar daxil olmaqla, 2028-ci ilə qədər 8,7 milyard avro və 2025-ci ildə 2,2 milyard avro həcmində hərbi yardım,

Aİ: İlin əvvəlində 1,9 milyard avro dəyərində ikinci hərbi yardım,

NATO: 2025-ci il üçün Alyansın Ukraynaya Hərtərəfli Yardım Paketinin bir hissəsi olaraq 500 milyon avro,

Niderland: 2024-2026-cı illərdə 4 milyard avro,

Almaniya: 4 milyard avro birbaşa hərbi yardım,

Norveç: 2,7 milyard dollar birbaşa hərbi yardım,

ABŞ: 5,5 milyard dollar birbaşa hərbi yardım,

İsveç: 7,5 milyard dollar birbaşa hərbi yardım,

Digər tərəfdən, Avropa Komissiyası Ukraynanın müdafiə sənayesini inkişaf etdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya vəsait köçürəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin