Ordu.az xəbər verir ki, Niderland Ali Məhkəməsindən verilən açıqlamada İsrailin F-35 təyyarələri ilə Qəzzada beynəlxalq humanitar hüququ pozması riskinin olduğu əsas gətirilib, Haaqa Apellyasiya Məhkəməsinin fevralın 12-də verdiyi qərarın qüvvədə qalması istənilib.
Açıqlamada Niderland Ali Məhkəməsinin Baş prokuroru Paul Vlasın İsrailin F-35 döyüş təyyarələri ilə Qəzzada beynəlxalq humanitar hüququ pozması riskinin ciddi olduğuna diqqət çəkdiyi və bu səbəbdən ixracın dayandırılması ilə bağlı Haaqa Apellyasiya Məhkəməsinin qərarının təsdiqini xahiş etdiyi qeyd edilib.
Açıqlamada Vlasın Niderlandın tərəfdar olduğu beynəlxalq müqavilələrə uyğun olaraq, belə açıq bir risk olduğu halda hərbi materialların ixracının qadağan edilməsi lazım olduğunu müdafiə etdiyi bildirilib.
Vurğulanıb ki, Ali Məhkəmənin qərarının yaxın vaxtlarda açıqlanması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az