Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, müxalif qrupların artıq dördüncü gündür İdlibdən Suriya hökumət qüvvələrinə hücuma keçdiyi, artıq Hələbin ətrafına çatdığı və şəhəri bütövlükdə ələ keçirmək üçün mübarizə apardığı nəzərə alınsa, bu, bəlkə də gözlənilən qərar idi.
“Təbii ki, Müdafiə Nazirliyi bu müvəqqəti dayandırmanın Ermənistan humanitar missiyasının gələcəkdə fəaliyyətini bərpa edəcəyi anlamına gəlib-gəlmədiyini açıqlamır. Lakin “168.am” maraqlı təfərrüatları öyrənib. Ermənistan Müdafiə Nazirliyi, əlbəttə, qeyd edir ki, Ermənistanın bütün humanitar minatəmizləmə və tibb heyəti noyabrın 29-da axşam saatlarında Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə Ermənistana qayıdıb. Lakin bizdə olan məlumata görə, onlar düz bir həftə əvvəl geri qayıdıblar. Suriyadan olan mənbələrimiz bildirir ki, bir həftə əvvəl Ermənistanın şəxsi heyəti ilkin olaraq helikopterlə Hələb stadionuna, oradan isə Ermənistan Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə aparılıb. Suriyanın “Qandzasar” qəzetinin baş redaktoru Zarmik Poqikyan “168.am”a bildirib ki, Ermənistanın Suriyadakı humanitar missiyası qarşıdurmalardan dərhal əvvəl, cümə axşamı günü Hələbi tərk edib. Ən maraqlısı odur ki, Ermənistanın Suriyadakı konsulu təxminən bir həftə əvvəl, bazar ertəsi ölkəni tərk edib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az