Estoniyada Rusiya sərhədləri yaxınlığında irimiqyaslı NATO təlimləri start götürür

2024/12/1733124394.jpg
Oxunub: 309     10:50     02 Dekabr 2024    
Rusiya sərhədləri yaxınlığında Estoniyanın şimal və şimal-şərqində NATO qüvvələrinin yerləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə iki həftəlik böyük “Pikne” təlimləri bu gün başlayır.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Təlimlər zamanı Fransa, Britaniya və Estoniya qüvvələrinin sürətli yerləşdirilməsi və onlar arasında əməkdaşlığın gücləndirilməsi planlaşdırılır. Fransa Silahlı Qüvvələrinin bölmələri Estoniyaya qüvvələrin yerləşdirilməsi üzrə quru və hava əməliyyatları həyata keçirəcək, bundan sonra Britaniya və Estoniya bölmələri ilə birlikdə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üzrə təlimlər keçirəcəklər", - Estoniya diviziyasının komandiri, general-mayor İndrek Sirel bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya  


Bizi "telegram"da izləyin