Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Suriyada başlayan hadisələr öz təbiətinə görə mürəkkəb və dolayı maraqlar güdən hərəkətdir.
“Məlum oldu ki, kifayət qədər mütəşəkkil hücum olub, Suriya müdafiəsi buna hazır deyildi. Baş verənlər Əsəd rejimini dəstəkləyən Tehran və Moskva üçün problemdir”, - deyə Rayevski qeyd edib.
Rayevski bildirib ki, bu, Moskva və Tehran üçün problemdir, çünki onların Ukrayna və İsraildə sayıqlığını zəiflədir, hər iki halda ssenari Qərb üçün əlverişlidir.
Alpər Mövludoğlu
Ordu.az