İranın XİN başçısı Türkiyədə səfərdədir

2024/12/1733118955.jpg
Oxunub: 298     09:40     02 Dekabr 2024    
İranın xarici işlər naziri Abbas Ərakçi Türkiyədə səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, A.Ərakçi Türkiyəyə Suriyadan gəlib. O, Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşdə son günlər həmin ölkədə baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb.

Məlumata görə, iranlı nazirin dekabrın 2-də Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   Türkiyə  


Bizi "telegram"da izləyin