Polşa sursat istehsalını sürətləndirmək üçün 740 milyon dollarlıq fond hazırlayır

2024/11/1732954638.jpg
Oxunub: 305     11:16     02 Dekabr 2024    
Polşa yerli müdafiə sənayesini gücləndirir.

Ordu.az xəbər verir ki, Polşa qanunvericiləri xüsusilə ehtiyac duyulan 155 mm-lik artilleriya mərmilərinə diqqət yetirərək, ölkənin sursat istehsal gücünü artırmaq məqsədilə sərmayələr üçün təxminən 3 milyard zloti (740 milyon dollar) ayırmağa səs veribər.

Qanun layihəsinin təsdiq edilməsi barədə qərar Polşa parlamentinin aşağı palatası olan Seym tərəfindən noyabrın 27-də 424 səslə qəbul edilib və heç bir deputat qanun layihəsinin əleyhinə səs verməyib.

Bundan sonra qanunun qüvvəyə minməsi üçün yuxarı palata olan Senat tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Vəsaitlər sursat istehsal gücünü artırmaq layihələri üçün dövlət dəstəyi axtaran şirkətlərin investisiyaları məqsədilə istifadə olunacaq. Proqram Müdafiə Nazirliyi və dövlət istiqrazları hesabına maliyyələşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Fond  


Bizi "telegram"da izləyin