Almaniyanın “Rheinmetall” şirkəti Litvada sursat fabriki quracaq

2024/11/1732954509.jpg
Oxunub: 848     15:03     02 Dekabr 2024    
“Rheinmetall” Litva hökuməti ilə birlikdə ölkədə 155 mm-lik artilleriya sursatı üçün Litva Mükəmməllik Sursat Mərkəzi adlanan müasir istehsal müəssisəsinin inşasına başlayır.

Ordu.az xəbər verir ki, yeni sursat fabriki Litvanın mərkəzində, Baysoqalada yerləşəcək.

Burada təqribən 340 hektar sahədə mərmi istehsalı və yük montaj paketi də daxil olmaqla, ən müasir istehsalat obyekti inşa ediləcək.

Obyekt 2026-cı ilin ortalarından fəaliyyətə başlayacaq və tamamlandıqdan sonra hər il on minlərlə 155 mm çaplı artilleriya mərmisi istehsal edə biləcək.

“Rheinmetall” birbaşa Litvaya 180 milyon avro sərmayə qoyub, yerli şirkətlərin, yerli iqtisadiyyatın dəyər zəncirinə inteqrasiya ediləcəyini və təxminən 150 yerli iş yerinin yaradılacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall  


Bizi "telegram"da izləyin