Avropada müharibə hazırlığı: 72 saat həyatda qala bilərsinizmi?

2024/11/1732950390.jpg
Oxunub: 597     16:55     02 Dekabr 2024    
Rusiya-Ukrayna müharibəsi üçün üfüqdə atəşkəs olmazkən, münaqişələrin Avropaya sıçraması ilə bağlı narahatlıqlar artır.

Ordu.az xəbər verir ki, Avropa bu ehtimala qarşı ciddi tədbirlər görməyə başlayıb.

Almaniya mümkün hücum zamanı insanlara ən yaxın sığınacaq tapmağa kömək edəcək proqram hazırlayır. Sağ qalma bələdçiləri Rusiya ilə sərhədi olan İsveç, Norveç və Finlandiyada hazırlanır.

Avropada genişmiqyaslı münaqişə ehtimalı çoxları üçün uzaq görünsə də, bəzi ölkələr buna ciddi yanaşır. Tətbiqlər və bukletlər sığınacaq qurmaq, ərzaq ehtiyatı yığmaq və ən pis hal baş verərsə, elektriksiz yaşamaq barədə məsləhətlər verir.

Almaniya hücum zamanı insanlara ən yaxın sığınacaq tapmağa kömək edəcək proqram hazırlayır.

İsveç 32 səhifəlik “Böhran və ya müharibə gələrsə” adlı broşür yayır. Yarım milyon fin artıq fövqəladə hallara hazırlıq təlimatını yükləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin