Hər kəs Trampı gözləyir: Putin ABŞ ilə birbaşa razılığa gələ biləcək?

2024/11/1732948110.jpg
Oxunub: 521     11:39     03 Dekabr 2024    
Əvvəlcə Türkiyə prezidentinin aparatı yanında dezinformasiyaya qarşı mübarizə mərkəzi, daha sonra isə Xarici İşlər Nazirliyi (XİN) təkzib yaydı ki, prezident Rəcəb Tayyib Ərdoğanın G20 sammitində Ukrayna nizamlama proqramını təqdim etməsi ilə bağlı mətbuat nəşrləri həqiqətə uyğun deyil.

Bu arada Peskov açıq şəkildə başa salıb ki, Rusiya-Ukrayna müharibəsinin dondurulması, hüquqi və siyasi həllin təxirə salınması ilə bağlı vasitəçiliklərin vaxtı keçmişdə qalıb, Moskva prezident Vladimir Putinin 14 iyun bəyanatında ifadə etdiyi prinsiplər əsasında danışıqlara açıqdır. Bunlar isə Ukraynanın kapitulyasiyasını nəzərdə tutur. Xüsusilə də bundan əvvəl Almaniya kansleri ilə Rusiya prezidenti arasında telefon danışığı olub və bu telefon danışığında heç bir nəticə əldə edilməyib.

Tərəflərin həm üzlərini xilas etmələri, həm də müəyyən dividentlər qazanmaları üçün hansı “qızıl orta”nın mümkün olduğunu heç kim bilmir. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel təsdiqlədi ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya 300 kilometr dərinliyə qədər Rusiyanın hərbi obyektlərini ATAMCS raketləri ilə vurmaq səlahiyyəti verib.

Aİ xarici işlər nazirlərinin konfransında bu məsələ ilə bağlı ümumi bəyanata gəlməyib. Borel deyib ki, hər bir ölkə istədiyi kimi hərəkət edəcək. Mətbuat Latviyanın xarici işlər naziri Landsberqisin illüstrativ çıxışını təqdim edib: “ABŞ-nin Ukraynaya nə qədər raket verdiyini bilmədiyim müddətcə, şampan açmağa tələsməzdim”. Ekspertlər belə qənaətə gəlirlər ki, ABŞ “Ukraynaya verdiyi silahların miqdarını hətta yaxın müttəfiqlərindən belə gizli saxlayır”.

Bu reallığı nəzərə alsaq, Ankara çətin ki, öz adından Ukrayna nizamlanmasına dair planı (bu baş verməsə belə) açıqlayarkən, ABŞ-nin yeni seçilmiş prezidentinin komandası ilə məsləhətləsin. Görünən odur ki, HƏMAS-ın ofisini Türkiyəyə köçürməklə, Yaxın Şərqdə müəyyən mövqe perspektivini təmin edən Ankara Şərqi Avropada da nüfuzlu bir varlıq yaratmaq üçün iddialı addım atıb.

Ərdoğanın Krımla bağlı mövqeyi Ukraynaya və ya yalnız beynəlxalq hüquqa hörmət deyil. Türkiyə Qara dənizdə və Şərqi Avropada, eləcə də Rusiyanın cənubunda bütün mümkün yollarla güclü varlıq yaratmaq üçün Ukrayna nizamlanmasına cəlb olunub. Ekspert dairələrinin müşahidələrinə əsasən, Rusiya Türkiyənin geosiyasi proqramlarından ciddi şəkildə narahatdır və Ankaranın vasitəçiliyini aradan qaldırmağa çalışır.

Belə olan halda, görünür, Putin üçün ABŞ ilə birbaşa razılaşma üstünlük verilən olmalıdır. Əlbəttə, əgər respublikaçı administrasiya Aİ-nin “vetosu”nu dəf edə və ya “Köhnə Dünya”nın təşvişlərini tamamilə dağıda bilsə... Bu mümkün olacaq?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   ABŞ  


Bizi "telegram"da izləyin