Malayziyadan sürətli tədarük tələbi: FA-50M

2024/11/1732945439.jpg
Oxunub: 511     17:12     03 Dekabr 2024    
Malayziyanın Baş naziri Datuk Seri Ənvər İbrahim Cənubi Koreyadan alınacaq FA-50M yüngül döyüş təyyarələrinin çatdırılması prosesinin sürətləndirilməsini istəyib.

Ordu.az xəbər verir ki, Ənvər təyyarələrin 2026-cı il əvəzinə daha tez çatdırılmasını istədiklərini bildirib.

Seulda jurnalistlərə açıqlama verən Ənvər deyib ki, Malayziya “Korea Aerospace Industries” (KAI) tərəfindən istehsal edilən 18 ədəd FA-50M döyüş təyyarəsinin çatdırılması prosesinin sürətləndirilməsini istəyir.

“Əvvəllər razılaşdırılan bu 18 ədəd FA-50M təyyarəsinin çatdırılması prosesinin sürətləndirilməsini istəyirik. Təyyarələr 2026-cı ildə təhvil verilməli idi, lakin biz mümkünsə, bu prosesi tezləşdirmək istəyirik”, - deyə o vurğulayıb.

Malayziya Müdafiə Nazirliyi ilə KAI arasında 2023-cü ilin may ayında imzalanan müqaviləyə əsasən, 18 təyyarə üçün ümumilikdə 4 milyard Malayziya rinqqitinin (təxminən 850 milyon dollar) ödəniləcəyi bildirilib.

İlk tədarükün 2026-cı ilin oktyabrında, qalan təyyarə tədarükünün isə 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   FA-50M  


Bizi "telegram"da izləyin