Ordu.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian Filippinin ABŞ-dən raket sistemi almağı düşündüyü ilə bağlı son xəbərlər barədə açıqlama verib.
Vu bildirib ki, Çin dəfələrlə ABŞ-nin Filippinə orta mənzilli raket sistemləri yerləşdirməsinə qəti etirazını bildirib.
“Typhon”u “hücum silahı” kimi xarakterizə edən Vu Filippinin ABŞ-nin yerləşdirməsini qəbul etməsinin geosiyasi qarşıdurmanı gücləndirdiyini və bölgədə gərginliyi artırdığını qeyd edib.
Vu deyib ki, bu, heç də yalnız Filippinin məsələsi deyil, regiondakı bütün ölkələrin ümumi təhlükəsizliyinə aiddir.
Çin Müdafiə Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, ABŞ və Filippin yanlış yolda davam etməkdə israr edərlərsə, Çin tərəfi qəti cavab tədbirləri görəcək.
Sevinc Əliyeva
Ordu.az