Çin alimləri döyüş təyyarələrinin “afterburner” effektini 100 faiz artırıblar

2024/11/1732778989.jpg
Oxunub: 541     12:09     03 Dekabr 2024    
Çin alimləri döyüş təyyarələrinin “afterburner” (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir) effektini demək olar ki, 100 faiz artırıblar.

Ordu.az xəbər verir ki, bu səmərəlilik Çin ordusunu hava döyüşlərində rəqibsiz edə bilər.

Pekindəki Çin Aviasiya Mühərrikləri Akademiyasının tədqiqatçıları tərəfindən hazırlanmış bu yenilik “afterburner” səmərəliliyini demək olar ki, 100 faiz artırır.

Döyüş təyyarələrinin mühərriklərində istifadə edilən “afterburner” sistemləri mühərrikə əlavə təkan verir və təyyarəyə əhəmiyyətli sürət üstünlüyü qazandırır.

Bununla belə, ənənəvi sistemlərdə bu təkan yanacaq sərfiyyatını xeyli artırır və səmərəliliyin itirilməsinə səbəb olur.

“Afterburner”lər adətən supersəs uçuşlarında, “it davaları” (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü) kimi döyüş vəziyyətlərində və ya qısa uçuşlar və ya fövqəladə hallar kimi tez sürətlənmənin tələb olunduğu vəziyyətlərdə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ordu  


Bizi "telegram"da izləyin