Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO+FOTOLAR

2024/10/c8ece-1728561044.jpg
Oxunub: 1181     15:30     10 Oktyabr 2024    
Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə hərbi institutun tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun da iştirak etdiyi görüşdə hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan tacik kursantlarla görüşərək onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıb. Tacikistanlı qonaqlar institutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar.

Nümayəndə heyəti daha sonra təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası ilə tanış olub, kursantların tədris prosesinin gedişatı ilə maraqlanıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tacikistan   Azərbaycan  


Bizi "telegram"da izləyin