Milli Məclisin sədri Tacikistanda səfərdədir - FOTOLAR

2024/10/4cea8-1728556666.jpg
Oxunub: 917     14:27     10 Oktyabr 2024    
Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Tacikistanda işgüzar səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Tacikistan  


Bizi "telegram"da izləyin