Sumqayıtda tank mərmisi aşkarlanıb - FOTOLAR

2024/03/152c6-1710662424.jpg
Oxunub: 361     11:47     17 Mart 2024    
Sumqayıtda tank mərmisi aşkarlanıb.

Bu barədə Ordu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 mm-lik tank mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Sumqayıt   Tank-mərmisi  


Bizi "telegram"da izləyin