Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ürək əməliyyatı keçirən şəhid atasını evində ziyarət edib - FOTOLAR

2024/03/d87f5-1710501706.jpg
Oxunub: 410     15:08     15 Mart 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ürək əməliyyat keçirən şəhid İlahəddin Mamedovun atası Dilamuddin Mamedovu evində ziyarət edib. İcra başçısı şəhid atası ilə həmsöhbət olub, Dilamuddin Mamedovun səhhəti ilə maraqlanıb.

Elnur Rzayev ailəni Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizdə qəlblərdə əbədi yaşayacaq.

Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İlahəddin Mamedov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə ” və “Şücaətə görə” medalları eləcədə “Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Ziyarət  


Bizi "telegram"da izləyin