Erməni deputat: “Ordudan yayınmaq üçün heç də hamı Ermənistandan kənarda deyil”

2021/12/b2ec8-1640254288.jpg
Oxunub: 2258     11:56     13 Dekabr 2023    
“Bu, ordudan pulla xilas olmaq haqqında qanun layihəsi deyil, sadəcə olaraq, müxtəlif səbəblərdən Ermənistandan kənarda olarkən cinayət təqibinə məruz qalan soydaşlarımızın məsələsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyanın “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi və Ermənistan Cinayət Məcəlləsinə əlavələr edilməsi barədə qanun layihələri paketinin müzakirəsi zamanı “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib.

“Biz bunu qanun kimi qəbul etdikdə qeyd edirik ki, bəli hər zaman belə cinayətlər ola bilər, soydaşlarımız 27 yaşına kimi hər zaman ordudan yayına və ya başqa səbəblərdən Ermənistanın hüdudlarından kənarda ola, bundan sonra ödəniş müqabilində normal həyat sürə bilərlər. İndiki 18-dən aşağı olanlar düşünəcəklər ki, bəli, daimi qanun var, 27 yaşa qədər ordudan yayınaq, ondan sonra müəyyən məbləğdə məsuliyyətdən azad oluna bilərəm”, - deyə Manukyan qeyd edib.

Erməni deputat bildirib ki, ordudan yayınmaq üçün heç də hamı Ermənistandan kənarda deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ermənistan   Ordu   Yayınma  


Bizi "telegram"da izləyin