Qazaxıstanda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTOLAR

2023/11/a09ea-1699542108.jpg
Oxunub: 34604     18:23     09 Noyabr 2023    
Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, “Azərbaycan Mərkəzi” İctimai Fondunun və ölkəmizin Aktaudakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın və Türkiyənin diplomatları, soydaşlarımız və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov xalqımızı və türk dünyasını ölkəmizin müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi hərbi-siyasi qələbənin böyük sevincə səbəb olduğunu vurğulayıb, ölkəmizin ədalətli mövqeyini dəstəkləyən dövlətlərə minnətdarlığını bildirib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı vəzifələrini icra edən Elçin Məmmədov, Türkiyənin bu şəhərdəki baş konsulu Səbri Alptəkin, Mangistau vilayətindəki Azərbaycan diasporunun sədri Şəmsəddin Hüseynov, “Mangistau vilayəti Qarabağ Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Niyaz Abdiraşit, Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin “Turizm və Dillər” fakültəsinin dekanı Akmaral Otarova çıxışlarında xalqımızı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik ediblər.

Təkcə Azərbaycanın deyil, həm də türk sivilizasiyanın mühüm şəhəri olan Şuşa şəhərinin azad edilməsi əməliyyatının dünyada böyük rezonans doğurduğu xatırlanıb. Bu gün Azərbaycanın Dövlət Bayrağının Qarabağın bütün şəhər və kəndlərində qürurla dalğalandığı diqqətə çatdırılıb.

Sonra Yessenov Universitetinin tələbələri müxtəlif təqdimatlarla çıxış ediblər və Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən stend təşkil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qazaxıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin