Azərbaycanin şimal bölgəsində şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTOLAR

2023/09/7cafe-1695834638.jpg
Oxunub: 20613     21:00     27 Sentyabr 2023    
Quba, Qusar, Siyəzən və Şabran rayonlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Ordu.az xəbər verir ki, hər dörd rayonda keçirilən tədbirdə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı qeyd olunan rayonların mərkəzində salınmış şəhidlər xiyabanları ziyarət edilib, şəhid büstlərinin önünə gül dəstələri düzülüb.

Həmçinin şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən rayon rəhbərləri, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıblar.

Daha sonra şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayonların ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Səhər saatlarından başlayan ziyarət rayon ictimayyəti tərəfindən günün sonunadək davam etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şimal-bölgəsi   Şəhid  


Bizi "telegram"da izləyin