TDT nazirləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

2023/09/7d8b8-1694169342.jpg
Oxunub: 126     14:26     08 Sentyabr 2023    
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının iştirakçıları sentyabrın 8-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı ziyarət olunub.

Bu barədə Ordu.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzülüb.

Tədbir iştirakçıları tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: TDT   Azərbaycan  


Bizi "telegram"da izləyin