Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO (FOTOLAR)

2023/09/be957-1694151478.jpg
Oxunub: 425     09:34     08 Sentyabr 2023    
2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin